1766310517 pasinyan 2025 900x600 2

“Konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsinə istinad məsələsi Ermənistanın daxili işidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın dəyişdirilməsinin regionda qonşularla sabit münasibətlərin formalaşdırılması üçün əhəmiyyətli olduğunu vurğulayıb:

“Təsəvvür edin, siz yeni mənzilə köçmüsünüz, ümumi məkanda yaşayırsınız, həm qarşı, həm yan, həm də arxadakı qonşuları təhdid edirsiniz və beləcə müstəqillik də elan etmiş olursunuz. Təhdidlər altında bu mühitdə necə yaşaya bilərsiniz? Sadəcə xarici yardımlar və dəstək gözləməklə davam gətirmək mümkün ola bilər. Lakin hər dəfə xarici yardıma ümid bağlamaq sizi asılı vəziyyətə salacaq.

Konstitusiya ilə bağlı müzakirələrin aparılması bizim özümüzə lazımdır. Biz bunu heç bir xarici qüvvə ilə müzakirə etməmişik, etmirik və gələcəkdə də etməyəcəyik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: