adrbejan dzer aycelutyunic het n351242 1

Erməni ekspert Areq Koçinyan gələcəkdə Ermənistanın Azərbaycandakı səfiri olmaq ehtimalından danışıb.

Globalinfo.az-ın məlumatına görə, jurnalist Koçinyanın belə bir məsuliyyəti üzərinə götürməyə hazır olub-olmadığını soruşub.

Koçinyan cavabında diplomatik karyera ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. O bildirib ki, akademiyanı bitirdikdən sonra artıq bir dəfə diplomatik fəaliyyətdən imtina edib və bu qərarını yenidən nəzərdən keçirməyi düşünmür.

“Mən diplomat olmaq istəmirəm”, – Koçinyan qeyd edib.

Qeyd edək ki, erməni mediasında Koçinyanın Bakıya səfərindən sonra onun gələcəkdə Ermənistanın Azərbaycandakı səfiri ola biləcəyi haqda fikirlər yazılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: