Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 04.10.2024-cü il saat 10:00-dan 13:00-dək “Sərdərov adına BMZ (Digəh)” ölçü qovşağından, saat 09:00-dan işlər yekunlaşanadək “Ağcabədi” və “Beyləqan” ölçü qovşaqlarında qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Globalinfo.az-a “Azəriqaz”dan bildirilib.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Baksol ərazisinin, Zəngəzur yaşayış massivinin, Ağcəbədi şəhəri daxil olmaqla, rayonun 9 qəsəbə və 36 kəndinin, həmçinin Beyləqan şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 6 küçəsinin qaz təchizatında fasilə müvəqqəti fasilə yaranacaq.
***
Sabah Biləsuvar rayonunda 7 500 abonentin qaz təchizatı dayandırılacaq.
Globalinfo.az xəbər verir ki, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan uzunluğu 11 000 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması üçün Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsi olmaqla ümumilikdə 7 500 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.