
“İrana nüvə silahı əldə etməyə icazə verilməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis deyib.
“İstənilən ABŞ hərbi əməliyyatı ilə bağlı qərarları İsrail deyil, Prezident Donald Tramp verəcək. Tehran hələ də diplomatik danışıqlarda güzəştə getməyə hazır olmadığını göstərir. İran – “bu pis imperiya”, ayətullahlar nüvə silahlarını və qitələrarası raketlərini saxlamaq istəyirlər.
Əgər İran həm nüvə, həm də raket proqramlarını saxlamaqda israrlıdırsa, danışıqların davam etməsinin mənasızdır”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az