WhatsApp Image 2025 04 08 at 10.24.37

ABŞİran arasında hərbi münaqişə ehtimalı yüksək olaraq qalır, çünki Tehran danışıqlar zamanı ciddi güzəştlərə getməyə meyilli deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda ABŞ-ın İrana qarşı mövqeyi və danışıqların mümkün nəticələri ilə bağlı ekspert rəylərinə yer verilib:

Demokratiyanın Müdafiəsi Fondunun baş elmi əməkdaşı Edmund Fitton-Braun bildirib ki, danışıqlarda irəliləyiş gözləmək çətindir.

“Sabahkı danışıqlarda onların böyük güzəştlərə getməsi ehtimalı azdır. Bu səbəbdən hərbi münaqişə ehtimalı yüksəkdir”, — Fitton-Braun vurğulayıb.

Nəşr isə qeyd edir ki, eskalasiya riskinin azaldılması üçün Omanda aparılan danışıqlarda İranın raket proqramı ilə bağlı prinsipial mövqeyi nəzərə alınmalıdır.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: