IMG 8546

“İrandan səslənən bəyanatlara çox diqqətlə yanaşırıq. Bizim üçün dost və qardaş ölkənin (İranın – red.) bütün narahatlıqlarını aradan qaldırmaq istiqamətində mümkün olan hər şeyi etmişik və bunu davam etdirəcəyik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı İranın Ermənistan­dakı səfirinin açıqlamalarına münasibət bildirərkən deyib.

“Avqust ayında İran Prezidenti (Məsud Pezeşkian – red.) ölkəmizdə səfərdə olub. TRİPP məsələsi ilə bağlı çox ətraflı, uzun və detallı müzakirə aparmışıq. Düşünürəm ki, bütün suallara cavab vermişik. Gələcəkdə əlavə suallar yarandığı təqdirdə cavab verməyə hazırıq. Dərc olunmuş mətndən sonra yeni suallar ortaya çıxanda, əlaqə saxlayırıq”, — baş nazir qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistan beynəlxalq tərəfdaşlarının mövqelərini, narahatlıqlarını nəzərə alır və balanslı həll yollarına tapmağa çalışır.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami İrəvandakı səfirliyin önündə Pəhləviyə və etirazlara dəstək aksiyasının keçirilməsinə etiraz etmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: