
“Hərbi vəziyyət yalnız təhlükəsizlik zəmanətləri olduğu təqdirdə başa çatacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz hamımız istəyirik ki, müharibə bitsin. Hərbi vəziyyət də məhz o zaman başa çatacaq. Lakin təhlükəsizlik zəmanətləri olmadan bu müharibə bitməyəcək. Biz onu bitmiş hesab edə bilmərik, çünki belə qonşu ilə təkrar aqressiya riski var”, – Zelenski bildirib.
Safura Bənnayeva
Globalinfo.az