ad9612b1 6b35 468d ad7b 6ac11db063e7

“Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın partiyasının sədr müavini gələcək seçkilərdə baş nazir postu üçün mümkün namizəddir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Petrosyanın partiyası Erməni Milli Konqresi (EMK) 2026-cı ildə parlament seçkilərində müstəqil iştirak edəcək. Partiya 27 dekabr tarixində keçiriləcək bayram tədbirində iştirak formatını və namizədini elan edəcək.

Qəzetin məlumatına görə, EMK-dən mümkün namizəd partiyanın sədr müavini Levon Zurabyandır”.

Qeyd edək ki, 2026-cı ildə Ermənistanda Parlament seçkilərinin keçirilməsi gözlənilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: