“Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 21–22-də Rusiyada işgüzar səfərdə olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan deyib.
“Dekabrın 21-də o, Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak edəcək. Dekabrın 22-də isə MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi sammiti keçiriləcək”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin də Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
Safura Bənnayeva
Globalinfo.az