“Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Prezidenti Karol Navrotski ilə görüş istəməli idi”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“Həyatları uğrunda mübarizə apardıqları bir vəziyyətdə üzr və ehtiram tələb etmək mənim üçün iyrəncdir. Amma Zelenski Polşa üzərindən keçərkən Prezident Sarayına ziyarət üçün müraciət etsəydi, tacı düşməzdi”, – o bildirib.
Lakin jurnalistlər Sikorskiyə xatırladıb ki, diplomatik qaydalara görə, daha az müddət vəzifədə olan prezident daha uzun müddət xidmət etmiş şəxsi ziyarət edir.
Sikorski isə bildirib ki, müharibənin öz qanunları və şəraiti var.
Safura Bənnayeva
Globalinfo.az