“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Madrid prinsiplərinin modifikasiya olunmuş variantlarının qəbul edilməsi ilə başa çata bilərdi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Köçaryan TV5-ə müsahibəsində deyib.
“Nikol Paşinyan 2019-cu ildə danışıqlar prosesinə daxil olsaydı, çox böyük ehtimalla, hər şey həmin sənədin imzalanması ilə başa çatardı”, — Köçəryan bildirib.
Lakin Çİ nəşri vurğulayır ki, bu, Robertin keçmiş mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, 2020-ci ilin 10 sentyabrında gənclərlə görüşdə Köçəryan bunları demişdi:
“Yaxın zamanda Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün heç bir variant görmürəm. Biz mövcud faktları nəzərə almadan irəliləyə bilmərik”.
Safura Bənnayeva
Globalinfo.az