
Ermənistan siyasi səbəblərdən Rusiyadan taxıl tədarükünü dayandırıb, bunun yerinə daha bahalı Ukrayna taxılı almaq niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Rəsmi İrəvanın bu qərarı Avropa İttifaqı ilə yaxın münasibətləri fonunda verdiyi bildirilir. İddiaya görə, Ermənistan Ukraynaya siyasi dəstək məqsədilə belə bir addım atacaq.
Rusiya KİV Ukrayna taxılının 1,5 dəfə daha baha olduğunu yazır. Hətta İrəvanın Brüsselə artıq məbləği kompensasiya etmək təklifi irəli sürdüyü deyilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu xəbərləri təkzib edib və “cəfəngiyyat” adlandırıb.
Safura Bənnayeva
Globalinfo.az