“Ermənistan vətəndaşları qarşıdan gələn parlament seçkilərində sülh gündəmini dəstəkləməlidirlər, çünki Cənubi Qafqaz artıq uzun illərdən sonra ilk dəfə sülh şansına malikdir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, erməniləri Bakı ilə sülhə hazırlaşmağa çağırıb:
“Mən əminəm ki, Ermənistan xalqı bizim bu günə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəmini və sülh prosesini dəstəkləyəcəklər”.
Paşinyan həmçinin Azərbaycanla sazişin suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında bağlandığına əminliyini ifadə edib.
Safura Bənnayeva
Globalinfo.az