haskacanq or karogh en linel o n341689 1

“İrəliləmək üçün heç bir maneə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci iclası çərçivəsində keçirilən “Liderliyin kəsişməsində” adlı müzakirədə deyib.

“Niyə iki ölkə arasında sülh indi mümkün oldu” sualına Paşinyan belə cavab verib:

“Regionun və dünyanın vəziyyətinin təhlilindən sonra anladıq ki, ErmənistanAzərbaycan üçün bəzi ortaq maraqlar mövcuddur. Onilliklər boyu davam edən düşmənçilikdən sonra başa düşmüşük ki, ümumi maraqlar naminə ortaq mövqelər tapmaq mümkündür”.

O əlavə edib ki, bu proseslər hər iki tərəfin suverenliyinin qorunmasına xidmət edir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: