“Ermənistanla Azərbaycan arasında hələ də həllini tapmayan və ya çətinliklə həll olunmaqda olan məsələlər var”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Burada Bakıda saxlanılan məhbusların azad edilməsi, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və s. kimi şeyləri qeyd etməliyəm. Böyük maneə və mürəkkəb məsələ iki cəmiyyətdə bir-birinə qarşı etimadsızlığın təzahürüdür ki, bu da düşmənçilik və qan tarixini nəzərə alsaq, təbiidir”, – Mirzoyan bildirib.
O, Ermənistanın ətrafında sülh, əməkdaşlıq mühitinin formalaşacağına inanaraq, bütün məsələlərin həllini addım-addım davam etdirəcəklərini vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az