serzh sargsyany cher tchoghopr n341122 1

“Xalqımızı aldatmağa imkan verməyin. Qarabağı heç kim təhvil verməyib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni deputat Geqam Nazaryan deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi əvvəlcə 1922, sonra 1991-ci ildə həll olub, Ermənistan isə o vaxt buranı Azərbaycanın tərkibində tanımışdı:

“Bütün danışıqlar prosesi bir suala həsr olunmuşdu: necə edək ki, hamını aldadaq, guya Qarabağın öz müqəddəratını təyin etməsi mövzusunda danışıqlar aparılır. Əslində isə proses uzadılırdı. Əgər Qarabağ bizim olsaydı, heç kim onu təhvil verə bilməzdi.

Əgər Serj Sərkisyan bilsəydi ki, gələcək müharibədə uğur qazanacağıq, geri çəkilməzdi. Onlar bilirdilər ki, müharibə qaçılmazdır, onu dayandırmaq əvəzinə qaçdılar və təcrübəsiz hakimiyyət üçün tələ qurmuş oldular”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: