“61 milyard Ukraynaya il boyu kifayətdir” – Sallivan

1665983863 1649111258 jake sullivan

“Konqresin Ukrayna üçün təsdiq etdiyi 61 milyard dollar bütün il boyu kifayətdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

O bildirib ki, Ağ Ev ayrılan vəsaitin bütün 2024-cü il üçün kifayət edəcəyini gözləyir.

“İndiki resurslarımız 2024-cü il bitənə qədər Ukraynanı ehtiyac duyduğu hər şeylə təmin etməyə imkan verəcək”, – deyə Sallivan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az