Tramp Baki

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) saytı və “X” sosial şəbəkəsindəki səhifəsi fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

“Sayta daxil olmağa cəhd edərkən veb-səhifənin əlçatmaz olduğu bildirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən gün USAİD-in ABŞ Dövlət Departamentinin tərkibinə verilməsi haqda xəbər yayılıb.

USAİD tez-tez Azərbaycana qarşı planları, ermənipərəst mövqeyi ilə də gündəmə gəlirdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: