Mayın 19-da qəzaya uğrayan İran Prezidenti İbrahim Rəisinin helikopterinin tapılmasında “Akınçı” PUA-sı əsas rolu oynasa da, SEPAH-a bağlı qüvvələr bunu təkzib edir. Tehrandan verilən açıqlamalarda helikopterin yerinin İranın daxili imkanları ilə tapıldığı iddia edilir.
Globalinfo.az xəbər verir ki, süni intellekt Rəisinin helikopterinin “Akınçı” PUA-sı ilə tapıldığını sübuta yetirib. Belə ki, helikopterin tapıldığı ərazi ilə “Akınçı”nın təqdim etdiyi görüntünün eyni olduğunu təsdiqlənib.
Fotodan da görünür ki, hər iki şəkildə eyni ərazi əks olunub.
Sol tərəfdə “Akınçı”nın çəkdiyi görüntü, sağ tərəfdə isə helikopterin düşdüyü yer təsvir edilib.
Safura Bənnayeva
Globalinfo.az
Globalinfo.az