raket 1

“Fransa öz qoşunlarını Ukrayna ərazisinə göndərmək qərarına gələrsə, cavab tədbirləri siyasi müstəvidən çıxacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artem Studennikov deyib.

Onun sözlərinə görə, hazırda prezident Emmanuel Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını istisna etməyən döyüşkən ritorikası NATO müttəfiqləri və Avropa İttifaqı arasında geniş dəstək görmür:

“Lakin belə bir ssenari reallaşarsa, Rusiyanın cavab tədbirləri siyasi müstəvidən çıxacaq. Biz artıq Fransa tərəfinə bu barədə dəfələrlə xəbərdarlıq etmişik. Hərbi qarşıdurma qaçılmaz ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: