Paşinyanın arvadı tanınmaz halda: yerdə uzanıb… – VİDEO

***22.01.2023 14:30

Globalinfo.az yazını oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq yenidən təqdim edir:

Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın İranda məscidə getməsi, hicab bağlaması geniş müzakirə olunur. Əslində, Akopyanın 180 dərəcəlik çevrilməsi təəccüb doğurmamalıdır, çünki biz erməni xislətində kəskin metamorfozun dəfələrlə şahidi olmuşuq – şəxsən erməni liderlərin, dövlət başçılarının timsalında.

Biz İranda məscidə gedən və qəribə ədalar, jestlər, mimikalarla özünü zərif xanım kimi göstərməyə çalışan Anna Akopyanı müxtəlif formalarda fotolarını görmüşük. Ancaq bir foto yəqin ki, Azərbaycan ictimaiyyətinin yadından heç vaxt çıxmaz. Söhbət Vətən müharibəsindən bir neçə gün əvvəl Anna Akopyanın qadınlara hərbi təlim keçməsindən, hərbi paltar geyinib yerdə sürünməsindən, özünü toza-torpağa sürtməsindən gedir. Həm də Azərbaycana meydan oxuyurmuşcasına, təhqir edirmişcəsinə…

Biz Akopyanın müstəsna həyasızlığını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə görmüşdük. Xatırlayırsınızsa, o, “əgər Mehriban Əliyeva Qarabağda muğam dinləmək istəyirsə, biz onu qonaq kimi qəbul edə bilərik. Yox, əgər söhbət Qarabağa yeni müharibədən sonra qayıdıb muğam dinləməkdən gedirsə, o zaman deyim ki, bu, arzu olaraq qalacaq” demişdi.

Bəs nə oldu? Şanlı Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Və Mehriban xanım arzusuna çatdı: Qarabağın ürəyi Şuşada muğam dinlədi.

Ümumiyyətlə, müharibədən əvvəl yalnız Ermənistandakı nadir ağıllı başlar Azərbaycanla təhdid və istehza dilində danışmağın fəlakətə səbəb olacağını deyirdilər. Yerdə qalan hər kəs – qocasından uşağına, kişisindən qadınına – Azərbaycana aşağılayıcı nəzərlərlə baxırdı.

Ancaq qəhrəman Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında bu reallığı dəyişdi. Bir vaxtlar əlində silah yerlərdə sürünüb Azərbaycanı təhdid edən, alçaldan Akopyan indi başında hicab İrandan, islam dinindən mədət umur.

Anna Akopyanın İranın hicabının altına sığınması həm də özünə yeni himayədar qazanmaq cəhdidir. Lakin bir danılmaz fakt var: Məscidə donuzla girən bir xalqın İrana hicabla girməsi ikiüzlülükdən, saxtakarlıqdan başqa bir şey deyil.


Globalinfo.az