209 saat sonra ata və qızı dağıntılardan sağ çıxarıldı – VİDEO

Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Onlar Antakyada Kocaeli Bələdiyyəsi Xilasetmə Qrupu tərəfindən dağıntılar altından xilas edilib.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.