“Ölkənin bütün idarəetmə güclərini cəmləşdirən bir mövqeyi olmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə deyib.

O, 2026-cı il seçkilərində qalib gələcəyi təqdirdə prezidentlik və ya yarı-prezidentlik modelinə qayıtmaq niyyətində olub-olmadığı haqda sualı cavablandırıb.

Məhkəmə hakimiyyətinin icra hakimiyyəti ilə heç bir əlaqəsi olmamalıdır. Çünki hazırda baş verənlər sadəcə rüsvayçılıqdır. Bəli, parlament idarəetmə formasını saxlayarkən belə müəyyən dəyişikliklər edilməlidir. İndi bizim super baş nazirin idarəetmə nəticələrini görürük”, – sabiq prezident bildirib.

O, bir vaxtlar Konstitusiyanın bu müddəasına qarşı çıxdığını, bütün riskləri gördüyünü deyib.

Xatırladaq ki,2021-ci ilin 1 mart tarixində keçirilən mitinqdə Baş nazir Nikol Paşinyan mövcud Konstitusiyada böhran dövründə xüsusilə özünü göstərən bir sıra çatışmazlıqlar olduğunu açıqlayıb. O, həmçinin bildirib ki, konstitusiya dəyişiklikləri, o cümlədən yarı-prezident idarəetmə sisteminə keçid imkanları müzakirə olunmalıdır. Daha sonra Paşinyan mövqeyini dəyişib və hazırda düzəlişlər deyil, parlament idarəetmə formasını saxlayacaq tamamilə yeni Konstitusiya layihəsi müzakirə olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: