FotoJet 2023 01 27T194256.550 1

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində İqtisadi Şuranın 2023-cü il üzrə Fəaliyyət Planı və maliyyə-bank sektoruna dair vergi məsələləri ətraflı müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

6dab65a5 7f51 3ca9 9fb1 e26fa6c53404

Paylaş: