Geyim dükanlarının 99 qəpik sirri – VİDEO

“Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitir. Məhsulların qiymətinin belə təqdim olunması tam olaraq sahibkarın xeyrinədir”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eyyub Kərimli Xəzər TV-yə deyib.

Onun sözlərinə görə, bu cür qiymətləndirmədə itirən alıcı, qazanan isə şəbəkə olur.

Psixoloq Könül Xəlilova isə hesab deyib ki, 99 strategiyası biznes tələsidir və bu addımla alıcılara maksimum psixoloji təsir edilir.

“Məsələn, 15 manat 99 qəpiyə satılan məhsulu heç kim 16 manat kimi qəbul etmir, hər kəs fokslanır 15 rəqəminə”, – o bildirib.

Mütəxəssislərin fikrincə, hazırda bu 1 qəpikləri itirməməyin ən optimal yolu nağdsız qaydada, yəni kartla alış-veriş etməkdir.

Daha ətraflı videomaterialı təqdim edirik: