1994-də Bakı ilə atəşkəs imzalayan erməni öldü

Ermənistan Parlamentinin keçmiş sədri, Erməni Milli Hərəkatı partiyasının yaradıcılarından Babken Ararktsyan 79 yaşında ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

O, 1991-1995-ci illərdə Ermənistan Milli Asambleyasının spikeri vəzifəsini icra edib. 1995-ci ildə parlamentin birinci çağırış sədri seçilib. 1998-ci ildə prezident Levon Ter-Petrosyanın siyasi komandasının digər üzvləri ilə birlikdə istefa verib.

B.Ararktsyan 1994-cü ildə Qarabağ müharibəsi vaxtı atəşkəsi nəzərdə tutan Bişkek Protokoluna Ermənistan tərəfdən imza atan şəxs olub.

Əliyar Xəlil
Globalinfo.az