Jurnalist Mübariz Əhmədov dəfn olundu – YENİLƏNİB

Dünən vəfat edən tanınmış jurnalist Mübariz Əhmədov dəfn olunub.

Globalinfo.az APA-ya isinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Əhmədov doğulduğu Saatlı rayonunun Musalı kəndində, yaxınlarının məzarlarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, onun dünən ürək problemindən vəfat etdiyi bildirilir.

***08:05

Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, araşdırmaçı jurnalist, Mübariz Əhmədov vəfat edib.

Globalinfo.az xəbər verir ki, M.Əhmədov gecə saatlarında infarkt keçirib.

Mərhum Saatlıda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Jurnalist Mübariz Əhmədov Saatlıda dəfn olunub - YENİLƏNİB Jurnalist Mübariz Əhmədov Saatlıda dəfn olunub - YENİLƏNİB