Ərdoğanla Putin arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər regiondakı son prosesləri, o cümlədən Ukraynadakı durumu müzakirə ediblər.