Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.