Ərdoğan Yunanıstana xəbərdarlıq etdi

“Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini yaxşı bilirəm”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”.

Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.