Ərdoğan Qərbi sərt tənqid etdi: “Cəbrayıla gəlsələr, öz üzqaralarını görəcəklər”

Oktyabrın 20-də Zəngilana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbraılda iki ölkə prezidentinin keçirdiyi mətbuat konfransında Qərbin ünvanına sərt fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, o, beynəlxalq təşkilatları Cəbrayıldakı erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid edib.

Türkiyə prezidenti bildirib ki, işğaldan azad edilən Azərbaycanın ərazisində ikinci hava limanının açılışına qatılmaq və sıxıntılı dövrdən sonra müasir tələblərə cavab verən belə limanın açılması hər ölkənin edə biləcəyi iş deyil: “Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını görəcəklər”.