Ərdoğan Putinlə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri müzakirə edib.

Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraq olduğunu bildirən Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxılın fasiləsiz ixracı üzərində işləri davam etdirdiklərini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.