Ərdoğan İsrailə gedir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

“Jewish Telegraphic” agentliyi qeyd edib ki, Ərdoğan belə bir niyyətinin olduğunu ABŞ-da görüşdüyü yəhudi liderlərinə bildirib, lakin mümkün səfərin tarixini açıqlamayıb.

Eyni zamanda “Middle East Eye” nəşrinə danışan yüksək rütbəli türk rəsmisi səfərin İsraildə noyabrın 1-də keçiriləcək ümumi seçkilərdən sonra baş tuta biləcəyini vurğulayıb.