Ərdoğan hansı komandaları dəstəkləyir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən futbol üzrə XXII dünya çempionatında dəstəklədiyi komandalardan danışıb. 

Globalinfo.az bildirir ki, bu barədə o, Qətər səfərindən geri dönərkən jurnalistlərlə söhbətləşib.

“Bunlar ilk oyunlardır. Qərar vermək və hansı komandanın favorit olduğunu söyləmək asan məsələ deyil. Biz bu komandaları tam tanımırıq, amma bəzi ölkələr var ki, keçmişindən bu günə qədər həmişə iz qoyub. Bunlara Braziliya, Argentina, Uruqvay kimi komandalar daxildir. Onların oyunundan sonra bəlkə qərar verilə bilərik. Məsələn, bu gecə Ekvadoru çox bəyəndim. Güclü komandadır, digər tərəfdən, Qətər ilk dəfədir ki, belə çempionatda iştirak edir. Adi komandalar yoxdur”, – deyə Türkiyə lideri dünya çempionatını dəyərləndirib.