Ərdoğan: “Avropa Türkiyə vasitəsilə Rusiya qazından istifadə edə bilər”

Türkiyə və Rusiya Prezidentləri Türkiyə ərazisində qaz qovşağının yaradılmasına dair razılığa gəlib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə ölkənin hakim Ədalət və İnkişaf partiyasının iclası zamanı deyib.

“İndi Avropa qarşıdan gələn qış dövründə özünü necə enerji ilə təmin etmək barədə düşünür. Allaha şükürlər olsun ki, bizim elə bir problemimiz yoxdur. Bundan əlavə, cənab Putinlə son görüşümüzdə Türkiyədə qaz qovşağının yaradılmasına dair razılığa gəldik. Onun da dediyi kimi, Avropa Türkiyə vasitəsilə Rusiya qazından istifadə edə bilər”, – deyə Ərdoğan qeyd edib.