Əliyev, Putin və Paşinyan görüşünün vaxtı və yeri açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü oktyabrın 31-də Soçidə keçiriləcək.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin tərəfləri Rusiyaya üçtərəfli görüşə dəvət edib.