“Ermənistanın Rusiyaya yeni səfir göndərməsi, əvvəlki diplomat Vaqarşak Arutyunyanın isə ölkəyə geri qayıtması parlamentin Milli Müdafiə Komitəsinin sədri Andranik Köçəryanı kədərləndirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, A.Köçəryan Arutyunyanın işsiz qalmasını istəmir. O, Baş nazir Nikol Paşinyanla danışıb və Arutyunyanın işsiz qalmamasını xahiş edib. Hətta ona hansı vəzifənin verilməsi ilə bağlı hakim fraksiyada müzakirə aparılmasına çalışdığı bildirilir.
Məlumata görə, Vaqarşak Arutyunyan 2021-ci ildə ölkənin müdafiə naziri olub. Daha sonra istefa verərək Rusiyaya səfir təyin edilib. Onun nazir olduğu müddətdə Zəngəzurda yerləşən erməni birliklərinə mövqelərdən çəkilmə əmri verdiyi deyilir. İddialara görə, hətta bununla bağlı Rusiyanın müdafiə naziri ilə sənəd imzalanıb və erməni hərbçilər ərazidəki strateji mövqelərdən geri çəkiliblər.
Ayşən Mustafa
Globalinfo.az