Yollara nəzarət gücləndirildi – SƏBƏB

Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Agentlik məlumat yayıb.

Bildirilir ki, agentliyin mütəxəssisləri tərəfindən gecəboyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Gün ərzində də yoxlamalar davam etdirilir.

Bundan başqa agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.