Zelenskinin xanımı Qobustanla bağlı paylaşım etdi – FOTO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı instaqram səhifəsində paylaşım edib.

Globalinfo.az bildirir ki, o, sözügedən qoruqda Ukrayna dilində audiobələdçinin olduğunu vurğulayıb:

“Qobustan 6 mindən çox qayaüstü təsvir tapılmış unikal yerdir. Planetdə incəsənətin yarandığı ilk yerlərin biridir”.

Qeyd edək ki, müxtəlif ölkələrdə Ukrayna dilində audiobələdçinin tətbiqi layihəsi birinci xanımın şəxsi təşəbbüsüdür.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Olena Zelenska (@olenazelenska_official)