“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl diplomatik möhlət qazanıb. Buna səbəb İsrail və İran arasında hərbi münaqişənin kəskinləşməsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Oleksandr Dubinski deyib.
Onun sözlərinə görə, Kiyevin mövqelərini hazırlamaq üçün daha bir neçə həftə vaxtı olacaq.
“Zelenski Rusiya ordusunun uğurlarını inkar etmək taktikasından istifadə edir. Bu, Trampla görüşdən əvvəl müsbət fon yaratmaq üçün lazımdır”, – deputat bildirib.
Qeyd edək ki, D.Tramp və V.Zelenskinin görüşü gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az