Zelenskinin arvadı 4,5 milyona maşın aldı – “Bugatti Tourbillon”

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı dünyanın ən bahalı idman avtomobillərindən birini alıb.

Globalinfo.az xəbər verir ki, Yelena Zelenskaya “Bugatti Tourbillon”  avtomobilinə sahiblənib.

Sportkar saatda 445 kilometrə qədər sürət yığmağa qadirdir və sıfırdan yüzə cəmi iki saniyəyə sürətlənir.

Ümumilikdə dünyada  bu markalı 250 avtomobilin istehsalı planlaşdırılır. Avtomobil Yelena Zelenskayaya 4,5 milyon avroya başa gəlib və Ukraynanın birinci xanımı ona yalnız 2026-cı ildə qovuşa biləcək.

Qeyd edək ki, daha öncə Yelena Zelenskaya Qərb mediasına müsahibəsində psixoloji tükəndiyini etiraf edib. Onun sözlərinə görə, heç kim müharibə şəraitindəki bir ölkənin birinci xanımı olmağı xəyal etmir.

Müşviq Tofiqoğlu
Globalinfo.az