Astanada Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin arasında danışıqlar aparılıb.

Globalinfo.az xəbər verir ki, iki lider “Ritz Carlton” otelinin görüş zalında bir araya gəlib.

Görüşün təxminən bir saata yaxın davam etdiyi bildirilir.

Sammit iştirakçıları 24 birgə sənəddən ibarət paket imzalamağı, həmçinin assosiasiya iştirakçılarının mehriban qonşuluq və birlik prinsiplərinə sadiqliyini təsdiq edən yekun bəyannamə və bəyanat qəbul etməyi planlaşdırırlar.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: