ceyhun mirzoyan 900x600 1

“ABŞ Ermənistan və Azərbaycanla NATO sammiti çərçivəsində konkret görüşlər istiqamətində işləməyə davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel deyib.

Onun sözlərinə görə, Bakı və İrəvan danışıqlar Vaşinqton üçün prioritetdir:

“Cənubi Qafqaz kontekstində bu bizim, dövlət katibi və bu müəssisədə işləyən digər məmurlar üçün prioritetdir. Mən şübhə etmirəm ki, sammit çərçivəsində xüsusi görüş və tədbirlər olacaq. Lakin hələlik qrafika haqqında danışmaq istəmirəm”.

Qeyd edək ki, bundan öncə ABŞ Ermənistan və Azərbaycanı iyulun 9-da Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət edib. İrəvan sammitə gedəcəyini bildirib, amma Bakıdan hələlik cavab yoxdur.

Ermənistanla Azərbaycan XİN rəhbərləri arasında ABŞ-da sonuncu görüş keçən il baş tutub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: