Bayden Trampla debatda məğlubiyyətinin səbəbini açıqlayıb.
Globalinfo.az “BBC”yə istinadən xəbər verir ki, ABŞ prezidenti debatda məğlubiyyətini uçuş zamanı yorğunluqla əlaqələndirib.
“Mən işçilərimə qulaq asmadım. Yer kürəsini bir neçə dəfə dövr etdim və sonra səhnədə az qala yuxuya getdim. Bu, bəhanə deyil, izahatdır”, – Bayden vurğulayıb.
“ABC News” xəbər verir ki,Bayden debatdakı çıxışına görə üzr istəyib və noyabrda keçiriləcək seçkidə qalib gəlməsinin onun üçün çox vacib olduğunu bildirib.
Bu arada Demokrat Partiyası və onun liberal media tərəfdarları daxilində 81 yaşlı prezidentin sağlamlığı və idrak qabiliyyəti ilə bağlı narahatlıq artır. Belə ki, Texası təmsil edən Demokrat konqresmen Lloyd Doqqet debatdakı fəlakətli çıxışından sonra Baydeni açıq şəkildə seçkidən namizədliyini geri götürməyə çağırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az