WhatsApp Image 2024 03 04 at 12.36.05

Baş nazir Nikol Paşinyan yenidən Putinin yanına can atır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

“Geosiyasi inkişaf, xüsusilə ABŞ və Fransadakı hakim rejimlərin mümkün dəyişməsi, o cümlədən Ukraynanın fiasko ehtimalının artması, Paşinyanı yenidən Putinin qucağına itələyib. Yəqin ki, Paşinyan Ukrayna cəbhəsində qalibiyyətdən sonra Rusiyanın regiona qayıdacağını hesablayıb. Onu müdafiə edən böyük güclərdəki liderlərin hakimiyyətlə vidalaşdığı dönəmdə Paşinyan da Qərbdən Rusiyaya tərəf dönür. Məhz buna görə Paşinyan bu günlərdə hər kəsi təhdid edərək, Aİ üzvlüyünün referenduma çıxarılmayacağını bildirib. Məhz həmin gün tələsik şəkildə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı Rusiyanın Belqorod şəhərinə ezamiyyətə göndərdi.

Bizim Mülki Müqavilə Partiyasındakı mənbələr deyirlər ki, yaxın gələcəkdə erməni xalqı yeni epizodlara şahid olacaq. Onlar tezliklə bəzi müxtəlif ranqlı erməni məmurlarının “rus sapoqu”nu yaladığını görəcəklər” – deyə qəzetin məqaləsində bildirilib.

Əliyar Xəlil 
Globalinfo.az

Paylaş: