Zelenskidən Trampa sui-qəsdlə bağlı açıqlama: “Nə yaxşı ki…”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdindən danışıb.

Globalinfo.az xəbər verir ki, Ukrayna lideri bu sui-qəsd cəhdini kəskin pisləyib.

“Ona və ailəsinə ən xoş arzularımı çatdırıram. Nə yaxşı ki, sui-qəsd cəhdində şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb. Bizim prinsipimiz: qanunun aliliyi aliliyinə riayət olunmasıdır. Siyasi zorakılığa dünyanın heç bir ölkəsində yer yoxdur. Ümid edirik ki, hər kəs təhlükəsizlikdə olacaq”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, sentyabrın 15-də Floridada Trampın olduğu qolf meydançasının yaxınlığında atışma baş verib. “CNN”in məlumatına görə, atəş açan şəxs prezidentliyə namizədi qolf oynayan zaman vurmağı planlaşdırıb. Hücum edən şəxs saxlanılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az