“Rusiya da növbəti dünya sammitinə dəvət olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, növbəti Qlobal Sülh Sammiti 2024-cü ilin noyabrına planlaşdırılıb və Ukrayna Rusiyanı bu sammitə dəvət etmək niyyətindədir.
Zelenski “qələbə planı”nı ABŞ prezidenti Co Baydenə təqdim etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.
Zelenskinin təklifi Ukraynaya müharibəni sülhə yönəltmək üçün kifayət qədər güc verəcək əlaqəli həllər sistemini əhatə edəcək.
Müşviq tofiqoğlu
Globalinfo.az