Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində yüksək səviyyədə təmsil olunacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, bu iştirak Ukraynanın alyansla əməkdaşlığının gücləndirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Zelenski qeyd edib ki, sammit çərçivəsində Ukraynanın müdafiə ehtiyacları, davam edən müharibə şəraitində beynəlxalq dəstəyin genişləndirilməsi və gələcək təhlükəsizlik təminatları əsas müzakirə mövzularından biri olacaq.
O vurğulayıb ki, Kiyev tərəfdaş ölkələrlə siyasi, hərbi və iqtisadi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır.
Tahir Turan
Globalinfo.az