Zelenskidən etiraf: “Müharibədən əvvəl ABŞ-dan xahiş etdim ki…”

“Mən ABŞ və Aİ-dən Kremlə qarşı sanksiyalar tətbiq etməyi istədim. Amma bu təklifimi rədd etdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mən prezident Baydendən və Avropa İttifaqından xahiş etdim ki, müharibədən əvvəl Kremlə, Putinə və onun ətrafına qarşı sanksiyalar tətbiq etsinlər. Bu halda rus xalqı müharibənin onlara zərər verəcəyini anlayacaqdı. Amma bizim tələbimiz təmin edilmədi. Onlar Rusiyanın addım atmağını gözləməyi üstün tutdular. Nəticədə müharibə başladı və böyük insan itkiləri və fəlakət yaşandı”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiyini deyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az