4639 zelenski yarin turkiyeye geliyor 900x506 2

Ukrayna Prezidenti Volodimir Zelenski Belarusa qarşı məhdudiyyətləri də əhatə edən yeni Rusiya əleyhinə sanksiyalar paketini imzaladığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti müvafiq bəyanatı Teleqramda yayımlayıb.

“Mən artıq Ukraynaya qarşı yeni sanksiyalar paketini imzalamışam. Bu, vacib bir paketdir,o cümlədən Belarusdan olan qurumlara qarşı da”, – Zelenski bildirib.

Əlavə edib ki, Belarus əleyhinə sanksiyalar Minskin Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasının qarşısını almaqla əlaqəlidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: